Polis Tbilisidə və regionlarda qanunsuz odlu silahlar müsadirə edib
Gürcüstan Daxili İşlər Nazirliyinin patrul polisi, Tbilisi polisi, Acarıstan polisi və Quriya polisi departamentlərinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması faktları üzrə dörd nəfəri saxlayıblar.
DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində, eləcə də emalatxanada aparılan axtarışlar nəticəsində maddi sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatı götürüblər.
Fakt üzrə araşdırma Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.