Polis Tbilisidə və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatını ələ keçirib, 12 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı aktiv mübarizə çərçivəsində son dövrdə paytaxtda və bölgələrdə keçirilmiş polis və profilaktik tədbirlər nəticəsində odlu silah və döyüş sursatını qanunsuz əldə etmə və saxlama ittihamı ilə 12 nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində, avtomobillərində və yardımçı tikililərdə axtarış nəticəsində odlu və avtomatik odlu silahları, əl qumbarasını, patronlar və patron daraqlarını sübut olaraq götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır.