Polis Tbilisidə təcavüz ittihamı ilə bir şəxsi həbs edib
Polis Tbilisidə təcavüz ittihamı ilə bir şəxsi həbs edib

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, əvvəllər məhkum olunmuş və hazırda şərti hökm altında olan, 1999-cu il təvəllüdlü D.X. təcavüz ittihamı ilə həbs olunub. Bu barədə DİN məlumat yayıb.

“Aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə əcnəbi vətəndaş – 1997-ci il təvəllüdlü A.B.-yə qarşı fiziki zor tətbiq edib və zorakılıq yolu ilə onunla cinsi əlaqədə olub, bundan sonra hadisə yerindən qaçıb.

A.B. aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları D.X.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır. Bu cinayətə görə 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur,” – deyə DİN-in məlumatında qeyd olunur.