Polis Tbilisidə supermarketlərdən birinin yaxınlığında baş vermiş qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə daha 4 nəfəri saxlayıb
Polis Tbilisidə supermarketlərdən birinin yaxınlığında baş vermiş qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə daha 4 nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə dörd nəfəri – 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K.-ni saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan cinayət işi ilə əlaqədar Manana Qiorqobiani artıq saxlanılıb.

Cinayət doqquz ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Cari ilin noyabrın 2-də gecə saatlarında, təqsirləndirilən şəxslərdən biri Manana Qiorqobiani Tbilisidə, Çikovani küçəsində yerləşən supermarketin əməkdaşlarını — 2006-cı il təvəllüdlü T.M.-ni və 2004-cü il təvəllüdlü E.M.-ni təhqir edib, bundan sonra da tanışı — 1996-cı il təvəllüdlü C.Ç.-lə əlaqə saxlayıb. C.Ç. hadisə yerinə onu müşaiyət edən şəxslərlə birlikdə gedib və onlar supermarketin iki əməkdaşını zor tətbiq etməklə çölə çıxarıblar və qrup halında onlara qarşı fiziki zorakılıq törədiblər.

Faktla əlaqədar cinayəti törədən digər şəxslərin yerini müəyyən etmək və onları cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq istintaq hərəkətləri davam edir.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri nəticəsində saxlanılanlardan biri C.Ç. tərəfindən ehtimal ki qanunsuz şəkildə saxlanılan odlu silahlar və döyüş sursatı maddi sübut kimi götürülüb. O cümlədən: 2 avtomat silah, hamar lüləli tüfəng və müxtəlif növ odlu silahlar üçün nəzərdə tutulmuş 110 patron.

İstintaq Cinayət Məcəlləsinin 225 və 126-cı maddələri ilə aparılır, bu isə qrup halında zorakılıq və qrup halında zorakılığın təşkil edilməsi deməkdir.