Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1985-ci il təvəllüdlü T.Ts. və 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən A.K.-ni qrup halında törədilmiş soyğunçuluq ittihamı ilə saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə yerləşən qaz doldurma stansiyalarından birində çalışan operatora soyuq silahla hücum edərək, onu həyatına qəsd etməklə hədələyiblər və ondan pul tələb ediblər. Məbləği qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıblar.
Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində polis təqsirləndirilən şəxsləri “isti izlər”lə saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətin törədilməsində istifadə olunan silah və quldurluq nəticəsində ələ keçirilmiş pul maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır, bu da soyğunçuluq deməkdir” – DİN-in məlumatında deyilir.