Polis Tbilisidə sağlamlığa qəsdən ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb

11:58, 06.02.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır xəsarət yetirmə ittihamı ilə Qazaxıstan vətəndaşı, 2001-ci il təvəllüdlü S.S.-ni saxlayıblar. Məlumatı DİN yayıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində kəsici alətdən istifadə edərək 2009-cu il təvəllüdlü N.L.-nin üz nahiyəsinə xəsarətlər yetirib.

Azyaşlıya tibbi yardım göstərilməsi üçün o, müvafiq klinikaya yerləşdirilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar