Polis Tbilisidə odlu silah və xüsusilə külli miqdarda narkotik maddəni ələ keçirib
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində odlu silah və döyüş sursatının, eləcə də narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi və saxlanılması ittihamı ilə 1985-ci il təvəllüdlü, keçmişdə müxtəlif cinayətlərə görə mühakimə olunmuş Q. Ğ.-nı saxlayıblar.
Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Polis təqsirləndirilən şəxsin evində axtarış nəticəsində pistolet, revolver və 28 ədəd döyüş patronunu maddi sübut kimi götürüb.
Keçirilən istintaq hərəkətləri nəticəsində həmçinin xüsusilə külli miqdarda narkotik vasitə “buprenorfin” ələ keçirilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi və 260-cı maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi ilə aparılır.