Polis Tbilisidə narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb
Polis Tbilisidə narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə, keçmişdə dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza çəkən 2002-ci il təvəllüdlü Q.B.-ni saxlayıblar. Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı narkotik vasitə “Metadon”u götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.