Polis Tbilisidə “Mziuri”yə bitişik ərazidə tennis kortlarının yaxınlığında qətl hadisəsində təqsirləndirilən şəxsi saxlayıb

22:49, 31.12.2025

 

Tbilisidə “Mziuri”yə bitişik ərazidə tennis kortlarının yaxınlığında qətl hadisəsində təqsirləndirilən şəxs saxlanılıb. Bu haqda Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən deyiblər.

Qurumun məlumatına əsasən, şübhəlini Abaşada, hadisədən bir neçə saat sonra saxlayıblar.

Xatırladaq ki, Tbilisidə qətl bu gün baş verib. Mövcud məlumata əsasən, öldürülən kişidir.

Daxili İşlər Nazirliyindən Birinci Kanala deyildiyi kimi, istintaq iki maddə – qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 108-ci) və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə (Cinayət Məcəlləsinin 236-cı) maddələri ilə başladılıb. İstintaq hərəkətləri aparılır.

Oxşar