Polis Tbilisidə müxtəlif növ narkotiki müsadirə edib, beş nəfər saxlanılıb
Polis Tbilisidə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək göstərilməsi faktları ilə əlaqədar müxtəlif vaxtlarda beş nəfəri saxlayıb.
Saxlanılanlar arasında Gürcüstan, eləcə də xarici ölkənin vətəndaşları var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə saxlanılan şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı, eləcə də onlar tərəfindən göstərilən yerlərdən müxtəlif növ narkotik vasitəni, o cümlədən “metadon” və “quru marixuana”nı sübut olaraq müsadirə ediblər.
Həmçinin, polis tərəfindən narkotik vasitənin qablaşdırılması üçün zəruri materiallar müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cı kvarta maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.