Polis Tbilisidə xüsusilə külli miqdarda narkotiki ələ keçirib, bir nəfər saxlanılıb
Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş Bölməsinin əməkdaşları narkotik vasitənin qanunsuz şəkildə alınması-saxlanması və qanunsuz şəkildə satışına kömək etmək ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı – 1997-ci il təvəllüdlü V.C.-ni saxlayıblar.
İstintaqla təqsirləndirilən şəxsin satış məqsədilə “Metadon” narkotik vasitəsini Tbilisidə 25 yerə yerləşdirdiyi müəyyən edilib. Polis, təqsirləndirilən şəxsin göstərdiyi yerlərdən 77 bağlama şəklində qablaşdırılmış narkotik vasitəni maddi sübut olaraq götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-4-cü maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.