Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitələri ələ keçirib, dörd nəfər saxlanılıb

11:04, 14.01.2026

 

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanması və satışına kömək etmək ittihamı ilə dörd nəfəri müxtəlif vaxtlarda saxlayıblar.

Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və mənzillərində axtarış zamanı satışa hazırlanmış, xüsusilə külli miqdarda narkotik vasitələri, o cümlədən “klefedron”, “MDMA”, “mefedron” və “quru marixuana”nı dəlil olaraq götürüblər.

Polis tərəfindən həmçinin narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260 və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar