Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə götürüb, bir nəfər saxlanılıb
Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitələrin dəfələrlə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə şübhəlinin üzərinə və avtomobilinə baxış keçirərkən satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edərək maddi sübut kimi götürüblər. Bunların arasında “mefedron”, “alfa-PVP”, “tetrahidrokannabinol” və “marixuana” da olub.
İstintaq Cinayət Məcəlləsinin 260, 260-cı prima və 273-cü maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.