Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə aşkarlayıb, üç nəfər saxlanılıb

11:38, 31.07.2026

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə müxtəlif vaxtlarda üç nəfəri saxlayıblar. Saxlanılanlardan ikisi Ukrayna vətəndaşıdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə şübhəlilərin üzərinə və müvəqqəti yaşadıqları mənzillərə baxış keçirərkən, həmçinin müxtəlif ərazilərdən satış üçün hazırlanmış xüsusilə külli miqdarda “alfa-PVP” və “mefedron” narkotik vasitələri maddi sübut kimi götürüblər.

Polis həmçinin narkotiklərin qablaşdırılması üçün istifadə olunan materialları da aşkarlayıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prima maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Oxşar