Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edib

11:12, 19.08.2026

Polis Tbilisidə narkotiklərlə bağlı cinayətə görə müxtəlif vaxtlarda beş nəfəri saxlayıb, onlardan üçü xarici ölkə vətəndaşıdır.
Hüquq-mühafizə əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış evlərində apardıqları axtarışlar, həmçinin müxtəlif ünvanlardan satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələr – marixuana və “Alfa-PVP” aşkar edərək maddi sübut kimi götürüblər.
Polisin keçirdiyi gizli istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərdən birinin satdığı narkotik vasitə də götürülüb.
Hüquq-mühafizə orqanları həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkar ediblər.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260, 260¹ və 260²-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar