Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edib, xarici ölkə vətəndaşı saxlanılıb

11:10, 20.08.2026

Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə xarici ölkə vətəndaşı saxlanılıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri, o cümlədən təqsirləndirilən şəxsin üzərində aparılan şəxsi axtarış nəticəsində satış üçün hazırlanmış xüsusilə külli miqdarda “metadon” narkotik vasitəsi maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar