Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik maddə müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb
Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik maddə müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları narkotik vasitənin əldə edilməsi-saxlanılması və qanunsuz realizasiyasına köməklik ittihamı ilə İran vətəndaşı – 2002-ci il təvəllüdlü A.B.-ni saxlayıblar.

“Əməliyyat məlumatı əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin müvəqqəti yaşayış evində aparılan axtarış nəticəsində 183 bükümdə qablaşdırılmış narkotik vasitəni maddi sübut kimi götürüblər. İstintaq hərəkətləri nəticəsində polis tərəfindən, həmçinin narkotik vasitənin qablaşdırılması üçün zəruri materiallar da müsadirə edilib”, – deyə DİN-də bildirilib.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.