Polis Tbilisidə xüsusilə külli miqdarda metadon aşkar edərək müsadirə edib, Ukrayna vətəndaşı saxlanılıb
Polis Tbilisidə xüsusilə külli miqdarda metadon aşkar edərək müsadirə edib, Ukrayna vətəndaşı saxlanılıb

Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına şərait yaratmaq ittihamı ilə 1996-cı il təvəllüdlü Ukrayna vətəndaşı K.P.-ni saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərinə baxış zamanı metadon aşkarlayıblar. Yaşayış evində aparılan axtarış zamanı isə elektron tərəzi və narkotik vasitənin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.