Polis Tbilisidə xəsarət yetirmə faktı üzrə bir nəfəri saxlayıb
Polis Tbilisidə xəsarət yetirmə faktı üzrə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları 1988-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış A.L.-ni sağlamlığa qəsdən ağır xəsarət yetirmə ittihamı ilə saxlayıblar. Məlumatı DİN yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə, Nutsubidze küçəsində qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə etməklə – 1991-ci il təvəllüdlü L.M.-yə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı kişini xəstəxanaya yerləşdiriblər, ona müvafiq tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq hərəkətləri nəticəsində A.L.-ni Tbilisidə şübhəli şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır, bu isə 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.