Polis Tbilisidə hədə-qorxu və soyğunçuluqda ittiham olunan bir nəfəri hadisədən dərhal sonra isti izlərlə saxlayıb
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs Tbilisidə bir nəfəri soyuq silahla hədələyərək onu öldürəcəyi ilə qorxudub və mobil telefonunu talayıb.
Nazirliyin bildirdiyinə görə, həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs hadisədən dərhal sonra isti izlərlə saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları soyğun yolu ilə ələ keçirilmiş mobil telefonu, eləcə də hədə-qorxu vasitəsi kimi istifadə olunan bıçağı maddi sübut kimi götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluq və hədə-qorxu ilə bağlı 178-ci və 151-ci maddələri üzrə istintaq aparılır. Həmin maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.