Polis Tbilisidə qətl və xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb
Polis Tbilisidə qətl və xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları “isti izlər”lə keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1985-ci il təvəllüdlü Z.P.-ni saxlayıblar. Məlumatı DİN yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyunun 4-də Tbilisidə qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə etməklə 3 nəfərə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Təcili tibbi yardım xidməti yaralanan hər üç şəxsi tibb müəssisəsinə aparıb. Onlardan biri – 1983-cü il təvəllüdlü R.R. həyatla bir araya sığmayan xəsarət nəticəsində klinikaya gətirildikdən bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Həyata keçirilən istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıblar. Cinayəti törətmək üçün istifadə edilən silah – bıçaq maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “l” yarımbəndi ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.