Polis Tbilisidə qətl faktının üstünü “isti izlər”lə açdı, bir nəfər saxlanılıb

10:13, 30.06.2025

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları “isti izlər”lə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1963-cü il təvəllüdlü Z.M.-ni qəsdən adam öldürmək ittihamı ilə saxlayıblar. Məlumatı DİN yayır.

“İstintaqla müəyyən edilib ki, cari ilin iyunun 29-da təqsirləndirilən şəxs Tbilisidə qarşılıqlı mübahisə zəminində soyuq silahla 1986-cı il təvəllüdlü Q.B.-ni yaralayıb və hadisə yerindən qaçaraq gizlənib.

Yaralı Q.B. aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Z.M.-ni hadisədən sonra tezliklə saxlayıblar.

Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır, bu isə qəsdən adam öldürməni nəzərdə tutur. Cinayət 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.

Oxşar