Polis Tbilisidə qara bazarda dəyəri təxminən 3 milyon lari təşkil edən xüsusilə külli miqdarda narkotiki ələ keçirib
Tbilisi Polis Departamentinin əməkdaşları qara bazarda dəyəri təxminən 3 milyon lari təşkil edən 146 bağlama şəklində qablaşdırılmış 35 kiloqram narkotik vasitə “marixuana” nı ələ keçiriblər.
Xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi, saxlanması və satışına dəstək olmaq ittihamı ilə İran İslam Respublikasının 1993-cü il təvəllüdlü vətəndaşı İ.İ. saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin evində qurulmuş gizli saxlanc yerindən xüsusilə külli miqdarda narkotik vasitə “marixuana” və narkotik vasitənin qablaşdırılması üçün lazım olan materialları ələ keçiriblər.
Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cı 4-cü maddələri ilə aparılır.