Polis Tbilisidə qanunsuz odlu silah və döyüş sursatı ələ keçirib, iki nəfər saxlanılıb

13:02, 30.12.2025

 

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş Bölməsinin və Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları odlu silahlar və döyüş sursatının qanunazidd şəkildə alınması, saxlanması və daşınması ittihamı ilə 1979-cu il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Q.M. və 1969-cu il təvəllüdlü S.K.-nı müxtəlif vaxtlarda saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və avtomobilində axtarış zamanı, dəlil olaraq müxtəlif növ odlu silah və döyüş sursatını götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır, bu isə yeddi ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar