Polis Tbilisidə, ərzaq mağazalarından birində oğurluq törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube–Çuğureti Baş İdarəsinin əməkdaşları qrup halında törədilən oğurluğa cəhd ittihamı ilə iki nəfəri saxlayıblar.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq, qrup şəklində Tbilisidə yerləşən ərzaq mağazalarından birinə qanunsuz daxil olublar. Onlar mağazada satılan məhsulları oğurlamağa və hadisə yerindən qaçmağa cəhd ediblər. Lakin niyyətlərini həyata keçirə bilməyiblər – polis hər iki şəxsi hadisə yerində saxlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.