Polis Tbilisidə dələduzluq ittihamı ilə bir nəfəri saxlayıb

11:14, 30.10.2026

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa qarşı Mübarizə Şöbəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda məbləği dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşı aldadaraq ondan qızıl məmulatlarını alıb və onları satdıqdan sonra bir ay ərzində müvafiq məbləği ödəyəcəyinə inandırıb, lakin təqsirləndirilən şəxs qızıl məmulatlarını satdıqdan sonra zərərçəkənlə əlaqəni kəsib və əldə etdiyi 102 300 larini qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşı hakimin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Oxşar