Tbilisi Polis İdarəsi və Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürmə maddəsi ilə 1962-ci il təvəllüdlü O.G.-ni həbs ediblər. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, bu il iyunun 13-də təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1975-ci il təvəllüdlü M.Ts.-ni soyuq silahla qətlə yetirib.
O, bir neçə yara vuraraq hadisə yerindən qaçıb. Yaralı aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəxs isti izdə yaxalanıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır”, – agentliyin məlumatında deyilir.