Polis Tbilisidə baş vermiş yaralama faktı üzrə bir nəfəri saxlayıb
Polis Tbilisidə baş vermiş yaralama faktı üzrə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları “isti izlərlə” keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1985-ci il təvəllüdlü Z.H.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyulun 1-də Tbilisidə qarşılıqlı mübahisə zəminində 1982-ci il təvəllüdlü R.A.-nın döş nahiyəsinə soyuq silahdan istifadə etməklə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Yaralı kişi tibb müəssisəsinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat tədbirləri nəticəsində Z.H.-ni hadisədən sonra tezliklə – “isti izlərlə” saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır, bu isə qəsdən sağlamlığa ağır zərər vurma deməkdir.