Polis Tbilisdə 40 büküm şəklində qablaşdırılmış müxtəlif növ narkotik vasitəni götürüb, iki nəfər saxlanılıb

11:59, 10.08.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma ittihamı ilə müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar, onların arasında bir nəfər xarici ölkə vətəndaşı var.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarış, eləcə də keçirilən istintaq hərəkətləri nəticəsində müxtəlif yerlərdən satış üçün yerləşdirilmiş xüsusilə külli miqdarda narkotik vasitələri, o cümlədən “Alfa-PVP” və “Metadon”u maddi sübut kimi götürüblər.

İstintaq hərəkətləri nəticəsində həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260-cı “kvarta” maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar