Polis taksi sürücüsünü qanunsuz olaraq azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıb

11:40, 12.04.2022

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Qardabani rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində taksi sürücüsü, 1993-cü il təvəllüdlü A.B.-ni saxlayıblar. O qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxsin D.S. və S.T adlı iki xarici ölkə vətəndaşı ilə taksi xidməti haqqı ilə bağlı fikir ayrılığı olub. Bundan sonra A.B sərnişinləri onlara məlum olmayan istiqamətə apararaq yalnız 500 lari ödədikdən sonra onları kilidli avtomobildən buraxacağını bildirib. A.B. sərnişinlərin avtomobildən düşməsinə yalnız hadisə ilə bağlı yaxınlarına zəng etmək istədikdən sonra icazə verib.

“Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törətmiş taksi sürücüsü “isti izlər”lə saxlanılıb”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Qurumun məlumatına görə, Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “c” bəndi ilə iki şəxsə qarşı törədilmiş qanunsuz azadlıqdan məhrum etmə faktı ilə bağlı araşdırma aparılır.

Oxşar