Polis son 24 saat ərzində narkocinayətkarlıq ittihamı ilə 34 nəfəri saxlayıb
Polis son 24 saat ərzində narkocinayətkarlıq ittihamı ilə 34 nəfəri saxlayıb

 

Polis son 24 saat ərzində narkocinayətkarlıq ittihamı ilə 34 nəfəri saxlayıb. Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qurumda keçirilən brifinqdə deyib.

Onun sözlərinə əsasən, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Daxili İşlər Nazirliyi bütün ölkə miqyasında narkotiklərin qanunsuz dövriyyəsi və yayılmasına qarşı barışmaz mübarizəni davam etdirir. Dünən hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə və regionlarda daha bir uğurlu polis əməliyyatı həyata keçirdilər. Son 24 saat ərzində narkocinayətkarlıq ittihamı ilə 34 nəfər saxlanılıb. Onların böyük hissəsi iri miqyaslı narkotik satıcısıdır, bir hissəsi isə xüsusilə böyük miqdarda narkotiklərin qanunsuz əldə edilməsi və saxlanılmasında ittiham olunur.

Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiklərin qanunsuz işə keçirilməsi ittihamı ilə saxlanılan şəxslərdən, hakimin qərarı əsasında, dəfələrlə narkotiklərin nəzarətli alqı-satqısını həyata keçirib və bu alqı-satqılar zamanı gizli audio-video çəkiliş aparılıb. Narkocinayətkarlıq ittihamı ilə saxlanılan şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı maddi sübut kimi xüsusilə böyük miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb, o cümlədən: “fentanil”, “heroin”, “metadon”, “suboksin”, “marixuana” və s. İstintaq hərəkətləri nəticəsində maddi sübut kimi həmçinin saxlanılan şəxslər tərəfindən qanunsuz satılmış narkotik vasitələr, ehtimal ki, narkotikin qanunsuz satışından əldə edilmiş pul vəsaiti, qeydiyyatsız odlu silahlar və döyüş sursatı götürülüb. İstintaqla müəyyən edilib ki, narkocinayətkarlıq ilə əlaqədar saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər, o cümlədən narkotik vasitələrin satışını əldən ələ və qoyaraq işə keçirmək üsulundan istifadə ediblər. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Burada bir daha xüsusilə qeyd edirəm ki, narkocinayətkarlığa qarşı barışmaz mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri olaraq qalır. Müvafiq olaraq, polis narkocinayətkarlığa qarşı qanunvericiliklə müəyyən edilmiş sərt tədbirləri intensiv şəkildə davam etdirəcək. Qurumumuz narkocinayətkarlıqla mübarizənin nəticələri barədə ictimaiyyətə vaxtaşırı yenə də məlumat verəcək” – Aleksandre Daraxvelidze bildirib.