Polis Siğnağidə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən bir nəfəri ailə üzvünü girov götürmək ittihamı ilə saxlayıb

11:27, 24.12.2025

 

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Siğnaği Rayon İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən, 1993-cü il təvəllüdlü Q.K.-nı ailə üzvünü girov götürmək ittihamı ilə saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında, hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsi yerindəcə saxladıqları deyilir. N.K.-nın həyatı və sağlamlığı təhlükə altında deyil.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs öz nənəsini – 1950-ci il təvəllüdlü N.K.-nı girov götürüb və keçmiş həyat yoldaşının xaricdən gətirilməsini tələb edib, əks halda isə nənənin həyatına son qoyacağı ilə hədələyib. İstintaq Cinayət Məcəlləsinin 11-ci prima 144-cü maddəsi ilə aparılır, bu isə 14 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in yaydığı məlumatda deyilir.

Oxşar