Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü Q.K.-nı qəsdən adam öldürmə ittihamı ilə həbs ediblər. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Xaşuri bələdiyyəsi ərazisində 1950-ci il təvəllüdlü Z.L.-nin bədəninə soyuq silahla xəsarət yetirib, bundan sonra hadisə yerindən gizlənib. Aldıqları xəsarətlər nəticəsində yaralı yerindəcə keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları “isti izlər”lə G.K-nı həbs ediblər. Polis cinayət silahını – bıçağı sübut kimi götürüb. Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir”. – bu barədə agentliyin yaydığı məlumatda deyilir.