Polis Şida Kartlidə sağlamlığa qəsdən ağır zərər vurma faktını açıb, bir nəfər saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları Şida Kartli bölgəsində sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kareli bələdiyyəsində həmkəndlisi ilə yaranmış mübahisə zəminində soyuq silahdan istifadə edərək ona xəsarət yetirib və daha sonra hadisə yerindən qaçıb.
Yaralanan şəxs tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs isti izlərlə saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır. Maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.