Polis satış üçün qablaşdırılmış 30 büküm narkotik vasitəni müsadirə edib, bir şəxs saxlanılıb
Polis satış üçün qablaşdırılmış 30 büküm narkotik vasitəni müsadirə edib, bir şəxs saxlanılıb

Patrul polis departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması və realizasiyasına köməklik göstərmək ittihamı ilə 1983-cü il təvəllüdlü R.M.-ni saxlayıblar.

Patrul-inspektorlar təqsirləndiriləni Tbilisidə hərəkətdə olarkən yoxlama məqsədilə saxlayıblar. Hüquq-mühafizə orqanlarının narkotik cinayətləri üzrə saxlanılan şəxsin şəxsi axtarışı zamanı və onun göstərdiyi yerlərdən satış üçün qablaşdırılmış xüsusilə külli miqdarda – 30 büküm “Alfa PVP” narkotik vasitəsi maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.