Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları soyğunçuluq ittihamı ilə 2001-ci il təvəllüdlü B.Q.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin yanvarın 5-də Zuqdididə supermarketlərdən birinin əməkdaşından silahla təhdid etməklə pul tələb edib, lakin niyyətini həyata keçirə bilməyib və hadisə yerindən qaçaraq gizlənib.
Əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində polis B.Q.-ni hadisədən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıb. Cinayətin törədilməsində istifadə edilən silah sübut olaraq götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır, bu isə 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.