Polis Sameqreloda qanunsuz saxlanılan odlu silah və döyüş sursatı aşkarlayıb, üç nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin əməkdaşları odlu silah və döyüş sursatını qanunsuz əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə üç nəfəri saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Mestiya və Senaki bələdiyyələrində saxlanılan şəxslərin üzərində və yaşadıqları ünvanlarda keçirilən axtarışlar zamanı maddi sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatı, o cümlədən iki avtomat, bir tapança və patronlar aşkar edərək götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır. Həmin maddə yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.