Polis Sameqreloda qanunsuz odlu silahları ələ keçirib, dörd nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilən polis tədbirləri nəticəsində odlu silah və hərbi sursatı qanunsuz olaraq əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə dörd nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış evlərində axtarış nəticəsində maddi sübut olaraq üç tapança, lüləsi kəsilmiş ov tüfəngi, daraqlar və döyüş patronlarını götürüblər. Saxlanılanlardan birinin üzərindən həmçinin “marixuana” narkotik vasitəsi aşkarlanaraq götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə aparılır, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.