Polis sağlamlığa qəsdən ağır zərər vurma faktı üzrə üç nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları isti izlərlə apardıqları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qrup halında zorakılıq və sağlamlığa qəsdən ağır zərər vurmaq ittihamı ilə üç nəfəri – 2000-ci il təvəllüdlü N.A.-nı, 1994-cü il təvəllüdlü A.A.-nı və 1982-ci il təvəllüdlü Ş.Q.-nu saxlayıblar. Məlumatı DİN yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Kvemo Kartli bölgəsində qrup halında Z.J.-yə qarşı zorakılıq törədiblər. Bundan əlavə, N.A. soyuq silahdan istifadə edərək Z.J.-nin qarın nahiyəsinə xəsarət yetirib. Yaralanan gənc tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları N.A.-nı sağlamlığa qəsdən ağır zərər vurmaq, A.A. və Ş.Q.-nu isə qrup halında zorakılıq törətmək ittihamı ilə saxlayıblar. Cinayətin törədilməsində istifadə olunmuş bıçaq maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 126-cı maddələri ilə aparılır.
Cinayət 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur,” – deyə DİN-in məlumatında qeyd olunur.