Polis Quriyada külli miqdarda narkotik vasitələri və odlu silahı müsadirə edib, bir nəfər saxlanılıb

11:32, 24.10.2026

 

Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Ozurqeti Rayon İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də odlu silah və hərbi sursatın qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxsi saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində, idarə etdiyi avtomobildə və yaşayış evində aparılan axtarış nəticəsində maddi sübüt kimi külli miqdarda narkotik vasitəni, o cümlədən “Metadon” və “Amfetamin”i müsadirə ediblər. Həmçinin maddi sübut kimi tapança, daraq və müxtəlif növ silahlar üçün nəzərdə tutulmuş döyüş patronları müsadirə edilib.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 236-cı maddələri ilə aparılır, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar