Polis Quriyada qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zamanı soyuq silahdan istifadə etməklə vətəndaşın ürək nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı kişini müvafiq tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdiriblər.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi “isti izlər”lə saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır, bu da 15 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.