Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları, əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, iki və ya daha çox şəxsə qarşı, ağırlaşdırıcı hallarda törədilmiş qəsdən qətl cəhdi ittihamı ilə 1975-ci il təvəllüdlü S.A.-yı “isti izlərlə” saxlayıblar – bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edib ki, təqsirləndirilən şəxs Qoridə qarşılıqlı mübahisə zəminində odlu silahdan atəş açmaqla iki nəfərə – ata və oğula bir neçə dəfə xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində 1993-cü il təvəllüdlü Q.Ts. hadisə yerində dünyasını dəyişib, 1970-ci il təvəllüdlü D.Ts. isə tibb müəssisəsinə yerləşdirilib.
Aparılmış istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlərlə” hadisə yerində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “l” yarımbəndi ilə aparılır” – DİN-in məlumatında deyilir.