Polis Qoridə bir nəfəri ailə üzvünü öldürməyə cəhd ittihamı ilə saxladı
Polis Qoridə bir nəfəri ailə üzvünü öldürməyə cəhd ittihamı ilə saxladı

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları isti izdə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1940-cı il təvəllüdlü K.M.-i ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxladılar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Qori şəhərindəki evində soyuq silahla qarşıdurma zamanı oğlu, 1975-ci il təvəllüdlü Q.M.-nin bədəninə çoxsaylı xəsarətlər yetirib. Yaralının müalicəsi tibb müəssisəsində davam etdirilir.

“Polis cinayətin silahını – bıçağı sübut kimi götürüb. Gürcüstan Cinayət Məcəlləsinin 11-10-cu maddəsinin 2-ci hissəsinin “f” bəndi ilə ağırlaşdırıcı şəraitdə ailə üzvünü qəsdən öldürməyə cəhdlə bağlı araşdırma aparılır. Cinayət 13 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.