Polis Qardabanidə qrup halında törədilmiş zorakılıq faktı üzrə iki nəfəri saxlayıb
Polis Qardabanidə qrup halında törədilmiş zorakılıq faktı üzrə iki nəfəri saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Polis İdarəsinin əməkdaşları qrup halında törədilmiş zorakılıq ittihamı ilə iki nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər məişət zəminində baş vermiş mübahisə zamanı həmkəndlilərini fiziki zorakılığa məruz qoyub, daha sonra hadisə yerindən qaçıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hər iki təqsirləndirilən şəxsi hadisədən qısa müddət sonra saxlayıblar.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1¹-ci hissəsi ilə aparılır. Həmin maddə 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.