Polis Qardabanidə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinən sürücünü saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları insan ölümünə səbəb olan nəqliyyatın hərəkətinin təhlükəsizlik qaydasının pozulması ittihamı ilə 1992-ci il təvəllüdlü M.M.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, cari ilin yanvarın 27-də Qardabani Munisipalitetində içkili vəziyyətdə olan təqsirləndirilən şəxs yüngül avtomobil ilə piyada, 2007-ci il təvəllüdlü A.K.-nı vurub. Aldığı xəsarətlər nəticəsində A.K. hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yol-nəqliyyat hadisəsində təqsirli bilinən sürücünü “isti izlər”lə saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə aparılır, bu isə 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.