Polis Qardabani bələdiyyəsində baş vermiş qətl hadisəsini açıb, bir nəfər saxlanılıb

11:16, 05.10.2026

Polis Qardabani bələdiyyəsində qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş bir şəxsi saxlayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zamanı gənc kişiyə soyuq silahdan istifadə etməklə xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar