Polis Onise Okriaşviliyə hücum edən şəxsi zorakılıq ittihamı ilə saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları zorakılıq ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqın məlumatına görə, iyulun 22-də Tbilisidə təqsirləndirilən şəxs Onise Okriaşviliyə fiziki zorakılıq göstərib və hadisə yerindən qaçıb.
Nazirliyin məlumatında bildirilir ki, hadisədən qısa müddət sonra bir nəfər könüllü şəkildə Vake-Saburtalo Polis İdarəsinə gəlib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi – zorakılıq maddəsi ilə istintaq aparılır. Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Onise Okriaşviliyə hücumun görüntüləri sosial şəbəkələrdə yayılıb. Məlumata görə, hadisə Okriaşvilinin gürcü yazıçısı Nodar Dumbadze barədə səsləndirdiyi fikirlərlə əlaqədardır.