Polis odlu silah və döyüş sursatının qanunsuz, qrup halında alınması-saxlanılması-daşınması və satılması faktına görə iki xarici ölkə vətəndaşını saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acaristan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları, Prokurorluq əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks operativ və istintaq tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz, qrup halında alınması, saxlanılması, daşınması və satılması faktına görə Türkiyə Respublikasının vətəndaşları — əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü B.O. və 1993-cü il təvəllüdlü M.B. saxlanılıblar. Bu barədə məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, cinayət 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Polis əməkdaşları tərəfindən aparılmış tədbirlər, o cümlədən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər odlu silah və döyüş sursatını vətəndaşa qanunsuz olaraq, pul müqabilində, qrup halında satıblar. Hər iki şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.
Hüquq-mühafizə orqanları qanunsuz silah və döyüş sursatını maddi sübut kimi götürüblər, həmçinin pul da müsadirə edilib. İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 6-cı hissəsi ilə aparılır”, – DİN-in açıqlamasında deyilir.