Polis Nasakiralidə qətl faktının üstünü açıb, bir nəfər saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları Quriada qəsdən adamöldürmə ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, avqustun 28-də təqsirləndirilən şəxs Ozurqeti Munisipalitetinin Nasakirali kəndində vətəndaşlardan birinin yaşayış evinə qəsdən adam öldürmək məqsədilə gizlicə daxil olub. O, evdə olan qadına soyuq silahla həyat üçün təhlükəli olan çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Yetirilən xəsarətlər nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.