Polis narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb, xüsusilə külli miqdarda narkotik götürülüb
Polis narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb, xüsusilə külli miqdarda narkotik götürülüb

 

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon Bölməsinin Saquramo polis əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilib-saxlanılması ittihamı ilə 3 nəfəri: 1979-cu il təvəllüdlü M.L.; 1995-ci il təvəllüdlü D.D. və 2001-ci il təvəllüdlü N.N.-i saxlayıblar. Bu haqda məlumatı DİN yayır.

Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə saxlanılan şəxslərin üzərində axtarış zamanı narkotik vasitə “MDMA”ni maddi sübut kimi götürüblər.

“Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.